Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada Mehmandarovların malikanə kompleksində aparılan bərpa işlərinin hazırkı mərhələsi ilə tanış olublar (FOTO)

Mayın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
və birinci xanım Mehriban Əliyeva Şuşada Mehmandarovların malikanə
kompleksində aparılan bərpa işlərinin hazırkı mərhələsi ilə tanış
olublar.

Trend xəbər verir ki, Prezidentin köməkçisi Anar Ələkbərov
dövlətimizin başçısına və birinci xanıma görülən işlər barədə
məlumat verdi.

Bildirildi ki, Şuşada Mehmandarovların malikanə kompleksində də
Heydər Əliyev Fondu tərəfindən aparılan bərpa işləri davam
edir.

İşğal dövründə ciddi ziyan dəyən, ermənilər tərəfindən
dağıntılara məruz qalan malikanə kompleksində mütəxəssislər
qiymətləndirmə işləri aparıb, bunun əsasında bərpa prosesi icra
olunur. Kompleksə məscid, kiçik və böyük yaşayış evləri daxildir.
Ötən müddətdə evin dam örtüyü orijinala uyğun quraşdırılıb, binanın
tökülmüş bütün daşları, eyvanları, həmçinin kompleksə daxil olan
məscidin uçmuş günbəzləri, damı və mehrabı bərpa edilib. Hazırda
digər bərpa işləri aparılır.

Kompleksin həyətində bulağın bərpası yekunlaşıb, landşaft
işlərinə hazırlıq görülür.

Teqlər: