Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşa şəhərində də səfərdə olublar

Mayın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
və birinci xanım Mehriban Əliyeva Şuşa şəhərində də səfərdə
olublar.

Trend xəbər verir ki, dövlətimizin başçısına və birinci xanıma
Şuşadakı inzibati binada aparılan son tamamlama və binanın
ətrafında həyata keçirilən abadlıq işləri barədə məlumat
verilib.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Heydər
Əliyev Fondu tərəfindən Şirin su hamamında, tarzən, bəstəkar və
Azərbaycan tarını təkmilləşdirən sənətkar Sadıqcanın evində,
Mehmandarovlar malikanə kompleksində aparılacaq bərpa işləri ilə
tanış olublar.

Dövlətimizin başçısı və birinci xanım “Shusha Boutique Hotel”də
və Şuşa Realnı Məktəbində həyata keçiriləcək təmir-bərpa işləri ilə
də tanış olublar.

Sonra Prezident İlham Əliyev Şuşa şəhərində “Azərişıq” ASC-nin
Şuşa Rəqəmsal İdarəetmə Mərkəzinin açılışında iştirak edib.

Daha sonra dövlətimizin başçısı müraciət edib.

Teqlər: