Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva keçmiş Hadrut Rayon Partiya Komitəsinin binasında olublar (FOTO)

Xəbər verildiyi kimi, martın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Füzuli və Xocavənd rayonlarında olublar.

Trend məlumatına görə, Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva keçmiş Hadrut Rayon Partiya Komitəsinin binasında olublar.

Dövlətimizin başçısı dedi: “Bu bina keçmiş Hadrut Rayon Partiya Komitəsinin binasıdır. Qanunsuz rejim burada özləri üçün administrasiya yaratmışdı. Bu bina Azərbaycan vəsaiti hesabına tikilmişdir və onu biz qaytarmışıq. Hadrut bizimdir!

Bu sözlər köhnə əlifba ilə yazılıb: “Kolxozların əbədilik faydalanması üçün”. Bu, 1939-cu ilə qədər yazılıb. 1939-cu ildə əlifbamızı dəyişdirdilər. Bu, tarixi sənəddir”.

Teqlər: