Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağcabədi rayonuna səfər ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci
xanım Mehriban Əliyeva fevralın 13-də Ağcabədi rayonuna səfər
ediblər.

Trend xəbər verir ki, dövlətimizin başçısı və birinci xanım
xalqımızın ümummilli lideri Heydər Əliyevin rayon mərkəzindəki
abidəsini ziyarət edib, “Ağcabədi taxıl Aqropark”da yaradılan
şəraitlə tanış olublar.

Prezident İlham Əliyev yenidən qurulan 110/35/10 kilovoltluq
“Ağcabədi” yarımstansiyasının açılışını edib.

Dövlətimizin başçısı və birinci xanım Daxili İşlər Nazirliyi
Daxili Qoşunlarının yeni inşa olunan hərbi şəhərciyinin,
Avşar–Salmanbəyli–Aşağı Avşar–Xocavənd avtomobil yolunun
açılışlarında iştirak ediblər.

Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya
respublika əhəmiyyətli Ucar-Zərdab-Ağcabədi avtomobil yolunda
həyata keçirilmiş işlər barədə də məlumat verilib.

Səfərdən hazırlanan geniş reportaj fevralın 14-də təqdim
ediləcək.

Teqlər: