Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban
Əliyevanın idmana qayğısı sayəsində bu gün Bakı dünya
gimnastikasının əsas mərkəzlərindən biridir.
Trend xəbər verir ki, bunu Gənclər və İdman nazirinin müavini
Mariana Vasileva Bədii Gimastika üzrə Dünya Kubokunun açılış
mərasimində çıxışı zamanı deyib.
Mariana Vasileva bildirib ki, bu gün Bakı şəhəri daha bir
nüfuzlu yarışı qəbul edir.
“Ölkəmizdə idmana dövlət tərəfindən böyük qayğı və diqqət var.
Buna görə də, idman uğurlarımız artır, Azərbaycanda gimnastika
ilbəil daha da inkişaf edir.
Ölkəmizdə yaradılmış şərait həm idmançıların hazırlığı, eləcə
də, digər beynəlxalq yarışı yüksək səviyyədə təşkil etməyə imkan
verir. Bu gün Milli Gimnastika Arenası təkcə Azərbaycanın deyil,
bir çox xarici ölkələrin gimnastlarının sevimli mərkəzlərindən
birinə çevrilib. Bütün qitələrdən gimnastlar böyük həvəslə buraya
təlim-məşqlərə və yarışlara gəlirlər. Bu gün Bakı dünya
gimnastikasının əsas mərkəzlərindən biridir.
Bütün bunlar Azərbaycan dövlətinin idmana qayğısı sayəsində
mümkün olub. Bu qayğıya, bu cür şəraitə görə Azərbaycan Prezidenti
cənab İlham Əliyevə və ölkəmizin birinci vitse-prezidenti Mehriban
xanım Əliyevaya minnətdarıq”, – deyə Mariana Vasileva əlavə
edib.