Prezident İlham Əliyev: Ümid edirəm ki, Soçi və Brüsseldə əldə edilmiş razılaşmalar 2022-ci ildə real həyatda öz əksini tapacaq

Ümid edirəm ki, Soçi və Brüssel görüşlərində əldə edilmiş razılaşmalar 2022-ci ildə real həyatda öz əksini tapacaq.

AzerTimes-ın məlumatına görə, bunu Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə xalqa müraciətində deyib.

Dövlət başçısı bildirib:

“Qonşular haqqında danışanda təbii olaraq Ermənistanı mən heç vaxt bu kateqoriyadan olan ölkələrə daxil etmirdim. Bu gün də hələ ki, daxil etmirəm. Amma ümid edirəm ki, nə vaxtsa Ermənistanla da bizim qonşuluq əlaqələrimiz qurulacaq. Hər halda İkinci Qarabağ müharibəsinin nəticələrini qəbul edərək Ermənistan da regional çərçivədə öz rolunu artıra bilər.

Hər halda noyabr və dekabr aylarında Soçi və Brüssel şəhərlərində keçirilmiş görüşlər ümidvericidir və ümid edirəm ki, bu görüşlərdə əldə edilmiş razılaşmalar 2022-ci ildə real həyatda öz əksini tapacaqdır”.

Teqlər: