Prezident İlham Əliyev: Türkiyə və Azərbaycan bir-birinə güc qataraq böyük dünya çapında bir güc mərkəzinə çevrilib

Biz ölkələrimizi müstəqillik yolu ilə irəliyə aparırıq. Mən
dəfələrlə demişəm ki, Türkiyənin gücü, artan gücü bizi gücləndirir
və biz bir-birimizə güc qataraq böyük dünya çapında bir güc
mərkəzinə çevrildik.

Trend xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Bakıda
keçirilən “TEKNOFEST-Azərbaycan” festivalında çıxışı zamanı
söyləyib.

Dövlətimizin başçısı deyib: “Türkiyənin uğurlu inkişafı, ilk
növbədə, Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın adı ilə bağlıdır. Mən
də öz fəaliyyətimdə həmişə çalışmışam ki, Azərbaycan xalqının və
dövlətinin milli maraqlarını müdafiə edim və Azərbaycanın müstəqil
siyasətini təmin edim. Bizim aramızdakı qardaşlıq bütün Türkiyə və
Azərbaycan xalqına örnək olmalıdır.

Türkiyə və Azərbaycanın bundan sonra da yüksələn xətlə yalnız
irəliyə gedəcəyinə əmin olduğunu bildirən Prezident İlham Əliyev
çıxışını bu şüarlarla tamamlayıb: “Yaşasın Türkiyə-Azərbaycan
birliyi, qardaşlığı! Qarabağ Azərbaycandır!”

Teqlər: