Prezident İlham Əliyev Tunis Respublikasının Prezidenti Kays
Sayidə Tunis Respublikasının milli bayramı münasibətilə təbrik
məktubu göndərib.
Trend xəbər verir ki, məktubda deyilir:
“Hörmətli cənab Prezident,
Tunis Respublikasının milli bayramı – Müstəqillik Günü
münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və
Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
İnanıram ki, istər ikitərəfli qaydada, istərsə də beynəlxalq
təşkilatlar çərçivəsində Azərbaycan-Tunis dostluq münasibətlərinin
inkişafı bundan sonra da xalqlarımızın mənafelərinə xidmət
edəcəkdir.
Bu bayram günündə Sizə ən xoş arzularımı yetirir, dost Tunis
xalqına əmin-amanlıq və rifah diləyirəm”.