Prezident İlham Əliyev Tacikistan Prezidentinə zəng edib

Oktyabrın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmona telefonla zəng edib.

Azərbaycan Prezidentinin Mətbuat Xidmətindən AzerTimes-a verilən məlumata görə, dövlətimizin başçıçı Emoməli Rəhmonu ad günü münasibətilə təbrik edib, ona möhkəm cansağlığı və ölkənin inkişafı naminə fəaliyyətində uğurlar arzulayıb.

Tacikistan Prezidenti göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.

Dövlət başçıları Azərbaycanla Tacikistan arasında ikitərəfli münasibətlərin uğurlu inkişafından məmnunluq ifadə edib, əməkdaşlığımızın bundan sonra da möhkəmlənəcəyinə əmin olduqlarını bildirib, əlaqələrimizin perspektivləri barədə fikir mübadiləsi aparıblar.

Teqlər: