Prezident İlham Əliyev: Şuşanı əliyalın azad etdik, Vətən sevgisi budur (VİDEO)

Şuşanı əliyalın azad etdik,Vətən sevgisi budur.

AzerTimes-ın məlumatına görə, bunu Prezident İlham Əliyev Bakının Binəqədi rayonunun Xocasən qəsəbəsində şəhid ailələri və müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması mərasimində şəhid ailəsi üzvü və qazilərlə söhbəti zamanı deyib.

Trend həmin dialoqu təqdim edir:

Prezident İlham Əliyev: Səndə də protezdir?

Qazi: Bəli:

Prezident İlham Əliyev: Harada yaralanmısan?

Qazi: Talış kəndi uğrunda gedən döyüşlərdə. Mühəndis istehkam bölüyündə xidmət edirdim.

Prezident İlham Əliyev: İndi özünü necə hiss edirsən? Normal həyata qayıtdın?

Qazi: Bəli, normal həyata qayıtmışam.

Digər qazi: Füzuli uğrunda döyüşlərdə, Qaraxanbəylidə, Aran deyilən istiqamətdə yaralanmışam. Özüm də zabit olmuşam.

Prezident İlham Əliyev: Füzulidə çox şiddətli döyüşlər gedirdi.

Qazi: Bəli. Sentyabrın 27-si günü.

Prezident İlham Əliyev: Sağ ol.

Qazilər: Sağ olun, cənab Prezident.

Prezident İlham Əliyev: Sən harada vuruşmusan?

Qazi: Suqovuşanın azad olunmasında, Xüsusi Təyinatlı Qüvvələrin tərkibində.

Prezident İlham Əliyev: Suqovuşanda.

Qazi: Mən sizə minnətdaram, cənab Prezident. Allah Sizə cansağlığı versin, Ulu Öndərimizin vəsiyyətinə əməl etdiniz.

Prezident İlham Əliyev: Bəli, elədir.

Qazi: Mən həmişə demişəm, Şuşada biz ermənilərin əlini qaldırdığını görəndə, bilirdim ki, biz orada əsil Azərbaycan oğlunun əlini qaldıracağıq. Allah Sizi var eləsin.

Prezident İlham Əliyev: Elə də oldu. Bizim igidlərimiz Şuşanı əliyalın götürdülər. Ermənilər görəndə ki, biz artıq Şuşaya yaxınlaşmışıq, panikaya düşdülər. Biz bilirdik ki, onlar nə fikirdədirlər. İnana bilmirdilər. Bir-birinə xəbər ötürürdülər, bir-birinin xəbərlərini yalanlayırdılar ki, ola bilməz. Necə keçdilər? İndi Zəfər yolunu biz çəkmişik. Demək olar ki, indi bir-iki aya asfalt da döşənəcək.

Qazi: İnşallah

Prezident İlham Əliyev: Mən adını da Zəfər yolu qoydum. Çünki əvvəllər ona xidməti yol demək istəyirdilər, çünki əsas böyük yol trasdan keçəcəkdi. Dedim, bu, Zəfər yoludur, çünki biz bu yoldan keçərək Şuşanı azad etdik. İndi oraya gedən, o yolla gedən hər kəs məəttəl qalır ki, necə oradan keçmək olar? Keçmək, özü də silahla, pulemyotla, bütün geyimlə keçmək. Özü də bir gün yox, iki gün yox, neçə gündür biz bilirik. Sonra o sıldırım qayaları dırmaşmaq… Orada ermənilərin tankları da, topları da var idi. Cəmi iki günə, iki gün yarıma Şuşanı əliyalın azad etdik. Budur, Vətən sevgisi, qəhrəmanlıq budur. Fəxr edirik sizinlə.

Qazi: Biz Sizinlə fəxr edirik, o ruhu bizə bağışladığınıza görə.

Prezident İlham Əliyev: Sağ olun.

Teqlər: