Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva martın 16-da Şuşa şəhərində olublar.
AzerTimes-ın məlumatına görə, Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi “Instagram” səhifəsində Şuşa şəhərinə səfərdən görüntülər paylaşıb.
Səfər zamanı Prezident İlham Əliyev bildirb:
“Şuşa kimi mənzərəsi, təbiəti olan bir şəhəri belə günə salmaq vəhşilikdir. Azərbaycanlıların evlərini dağıdıblar və hesab edirdilər ki, bu işğal əbədi olacaq. Biz işğala son qoyduq. Demişəm ki, Şuşa nəyinki Azərbaycanın, dünyanın ən gözəl şəhərlərindən birinə çevriləcəkdir, buna nayil olacayıq, yüz faiz”.