Prezident İlham Əliyev: Şuşa, Cəbrayıl, Kəlbəcər, Zəngilan, Qubadlı, Hadrut və Suqovuşanın Baş planları hazırlanmalıdır

Bu ilin sonuna qədər və növbəti bir-iki il ərzində görüləcək
işlərlə bağlı öz tapşırıqlarımı bir daha vermək istəyirəm.
Birincisi, şəhərlərin Baş planları ilə bağlıdır. Bizim hazırda
Ağdam və Füzuli şəhərlərinin Baş planları təsdiqlənib və Baş
planlar əsasında işlərə start verilib. Artıq mən işlərin gedişatı
ilə tanış olmuşam.

Trend xəbər verir ki, bu barədə Prezident İlham Əliyev bu ilin
birinci rübünün yekunlarına həsr olunan müşavirədə bildirib.

“Dövlətimizin başçısı deyib: Digər şəhərlərin Baş planlarının
təsdiqlənməsi bu yaxınlarda öz həllini tapmalıdır. Şuşa, Cəbrayıl,
Kəlbəcər, Zəngilan, Qubadlı şəhərlərinin, Hadrut və Suqovuşan
qəsəbələrinin Baş planları hazırlanmalıdır, bu il təsdiq
edilməlidir və ondan sonra bizim Qarabağ və Şərqi Zəngəzura aid
olan investisiya proqramında əlavələr edilməlidir. Çünki burada da
qeyd olundu, 2,2 milyard manat vəsait nəzərdə tutulur. Amma birinci
rübdə cəmi 300 milyon manatdan bir qədər çox vəsait istifadə
olundu. Əlbəttə ki, Baş planlar təsdiq olunandan sonra biz ancaq
praktiki işlərlə məşğul olacağıq. Mən, ilk növbədə, yaşayış
binalarının inşasını nəzərdə tuturam. Çünki digər infrastrukturla
bağlı layihələr icra edilir”.

Teqlər: