Prezident İlham Əliyev: Sülhün və təhlükəsizliyin təminatçısı Azərbaycan dövlətidir

Sülhün və təhlükəsizliyin təminatçısı Azərbaycan dövlətidir və
Azərbaycan Silahlı Qüvvələridir.

Trend xəbər verir ki, bunu Prezident İlham Əliyev Suqovuşan
qəsəbəsində Azərbaycan xalqını təbrik edərkən deyib.

Dövlət başçısı bildirib:

“Bu gün bu gözəl mənzərəli yerlərə baxdıqca bir daha görürəm,
diyarımız nə qədər gözəldir, dağlarımız nə qədər əzəmətlidir. Bütün
bu tarixi gözəlliyə biz gözəllik qatacağıq, zövq qatacağıq və
burada azərbaycanlılar rahat yaşayacaqlar, sülh, əmin-amanlıq,
təhlükəsizlik şəraitində yaşayacaqlar. Sülhün və təhlükəsizliyin
təminatçısı Azərbaycan dövlətidir və Azərbaycan Silahlı
Qüvvələridir.

Mən xoşbəxt adamam ki, əziz, doğma xalqıma işğaldan azad edilmiş
Qarabağdan Novruz bayramı münasibətilə təbriklərimi çatdırıram. Bu
əziz gündə bir daha bütün Azərbaycan xalqını gözəl bayram
münasibətilə təbrik etmək istəyirəm. Bir daha demək istəyirəm,
bundan sonra da var gücümlə çalışacağam ki, Azərbaycan daim sürətlə
inkişaf etsin, yüksələn xətlə getsin və qarşıda duran bütün
vəzifələr icra edilsin. Qarabağ Azərbaycandır!”

Teqlər: