Prezident İlham Əliyev: Şərqi Zəngəzuru qərbi Zəngəzurla birləşdirib, Naxçıvana dəmir yolu, həmçinin avtomobil yolu açacayıq

Aprelin 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva Cəbrayıl və Zəngilan rayonlarında olublar.

AzerTimes-ın məlumatına görə, Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi “Instagram” səhifəsində azad olunmuş ərazilərə səfərdən görüntülər paylaşıb.

Dövlət başçısı Zəngilan rayonunda olarkən bildirib:

“Zəngilan rayonu coğrafi baxımdan şərqi Zəngəzur mahalında yerləşir. Şərqi Zəngəzuru qərbi Zəngəzurla birləşdirib Naxçıvana dəmir yolu, həmçinin avtomobil yolu açacayıq”.

Teqlər: