Prezident İlham Əliyev Serbiya Respublikasının Prezidenti
Aleksandar Vuçiçə təbrik məktubu göndərib.
AzerTimes xəbər verir ki,
məktubda deyilir:
“Hörmətli cənab Prezident,
Serbiya Respublikasının milli bayramı münasibətilə Sizi və Sizin
simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından
ürəkdən təbrik edirəm.
Dinamik inkişaf yolunda olan Azərbaycan-Serbiya münasibətlərinin
bugünkü səviyyəsi məmnunluq doğurur. Daim genişlənən siyasi,
iqtisadi və mədəni əlaqələrimiz, müxtəlif sahələrdə səmərəli
əməkdaşlığımız münasibətlərimizin məzmununu real şəkildə əks
etdirir.
İnanıram ki, ölkələrimiz arasındakı ənənəvi dostluq və
əməkdaşlıq münasibətlərinin, strateji tərəfdaşlığımızın hərtərəfli
inkişafı yolunda bundan sonra da birgə səylər göstərəcəyik.
Bu bayram günündə Sizə ən xoş arzularımı çatdırır, dost Serbiya
xalqına daim əmin-amanlıq və rifah diləyirəm”.