Prezident İlham Əliyev: Şəhid olmaq xalq qarşısında, tarix və gələcək nəsillər qarşısında böyük xidmətdir

Heç kim həyatda əbədi qalmır, amma şəhid olmaq, bu, doğrudan da
xalq qarşısında, tarix və gələcək nəsillər qarşısında böyük
xidmətdir. Şəhid əbədi qalır, əməyi və qəhrəmanlığı
əvəzolunmazdır.

AzerTimes-ın məlumatına görə, bu
fikirləri Prezident İlham Əliyev Bakının Sabunçu rayonunda şəhid
ailələri və müharibə əlilləri üçün yeni yaşayış kompleksinin
açılışında çıxışı zamanı söyləyib.

Dövlətimizin başçısı qeyd edib ki, şəhidlər canını torpaqların
azad olunması və ədalətin bərpa edilməsi, xalqımızın ləyaqətinin
bərpa olunması naminə fəda edir. Çünki otuz il torpaqlarımız işğal
altında qalıb və xalqımız mənəvi əzablar çəkib. Şəhidlərimizi
irəliyə aparan məhz Vətən sevgisi olub, bu ədalətsizliklə
barışmazlıq olub. Onlar xalqımızın ləyaqətini bərpa etdilər. “Bu,
qələbə qədər vacib məsələdir, gələcək nəsillərin yetişməsi və
tərbiyəsi üçün əvəzolunmaz amildir. Çünki biz artıq ilyarımdır ki,
müzəffər xalq kimi yaşayırıq”, – deyən Prezident İlham Əliyev
vurğulayıb ki, bu gün, başımız ucadır, şəhidlərlə əbədi fəxr edirik
və edəcəyik.

Teqlər: