Prezident İlham Əliyev Salome Zurabişviliyə təbrik məktubu göndərib

Prezident İlham Əliyev Gürcüstanın Prezidenti xanım Salome
Zurabişviliyə təbrik məktubu göndərib.

Məktubda deyilir:

“Hörmətli xanım Prezident,

Dost Gürcüstanın milli bayramı – Müstəqillik Günü münasibətilə
Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən
səmimi təbriklərimi və xoş arzularımı yetirməkdən məmnunluq
duyuram.

Azərbaycan-Gürcüstan əlaqələri çoxəsrlik dostluq, mehriban
qonşuluq və qarşılıqlı dəstək kimi möhkəm təməllər üzərində
qurulub. Bu il isə ikitərəfli əlaqələrimizin tarixində xüsusilə
əlamətdardır – biz Azərbaycan Respublikası ilə Gürcüstan arasında
diplomatik münasibətlərin qurulmasının 30 illiyini qeyd edəcəyik.
Bu müddət ərzində qarşılıqlı etimada əsaslanan əməkdaşlığımızın
genişlənməsi və strateji tərəfdaşlığımızın möhkəmlənməsi bizi
sevindirir.

Əminəm ki, xalqlarımızın iradəsini əks etdirən dövlətlərarası
münasibətlərimiz, müxtəlif sahələri əhatə edən səmərəli
əməkdaşlığımız birgə səylərimizlə bundan sonra da uğurla davam
edərək ölkələrimizin rifahına, regionda əmin-amanlığa və sabitliyə
töhfə verəcəkdir.

Bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik,
işlərinizdə müvəffəqiyyətlər, dost Gürcüstan xalqına daim
firavanlıq diləyirəm”.

Teqlər: