Üçtərəfli Bəyanatda Rusiya sülhməramlı kontingentinin dəqiq sayı
və 5 il müddətində qalması ilə bağlı vaxt çərçivəsi də göstərilib.
Tərəflərdən biri beşillik müddətin kifayət etdiyinə qərar versə, bu
barədə altı ay əvvəl açıq şəkildə məlumat verməlidir. Hesab edirəm
ki, bu, gələcək konfiqurasiyanın anlaşılması üçün çox müsbət
amildir.
Trend xəbər verir ki, bu fikri Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev aprelin 29-da ADA Universitetində keçirilən
“Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq
konfransda çıxışında deyib.
Dövlətimizin başçısı bildirib ki, Rusiya sülhməramlılarının
müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində vəziyyət ötən
ilyarım ərzində ümumiyyətlə sabit olub. Düzdür, müəyyən
gərginliklər baş verib. Ancaq indi vəziyyət sabitdir. Rusiya
sülhməramlıları ilə Azərbaycan hərbçiləri arasında münasibətlər
yaxşı səviyyədədir.