Qlobal Bakı Forumu qlobal siyasətə aid təxirəsalınmaz və vacib məsələlərin müzakirəsi baxımından aparıcı platformalardan birinə çevrilib.
AzerTimes xəbər verir ki, bunu Prezident İlham Əliyev bu gün VIII Qlobal Bakı Forumunun açılış mərasimində çıxışı zamanı deyib.
Dövlət başçısı bildirib: “Mərkəzin həmsədrləri ilə 2021-ci ildə keçiriləcək illik Qlobal Bakı Forumunu müzakirə edəndə biz burada – Bakıda belə geniş təqdimatların olacağını heç təsəvvürümüzə belə gətirə bilməzdik. Bu, birinci növbədə onu göstərir ki, COVID ilə bağlı vəziyyət yaxşılaşır. İkinci növbədə isə, əlbəttə ki, həmçinin onu göstərir ki, siz bu tədbirə böyük əhəmiyyət verirsiniz. Çünki Qlobal Bakı Forumu qlobal siyasətə aid təxirəsalınmaz və vacib məsələlərin müzakirəsi baxımından aparıcı platformalardan birinə çevrilib”.