Prezident İlham Əliyev: Qarabağı və Zəngəzuru dirçəltmək üçün heç kimdən bir manat yardım almamışıq

Qarabağı və Zəngəzuru dirçəltmək üçün heç kimdən bir manat
yardım, yaxud da ki, kredit almamışıq

Trend xəbər verir ki, bunu Prezident İlham Əliyev fevralın 18-də
Coşqun Cəbrayılovu Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin
başçısı, Elgin Həbibullayevi Bakı şəhəri Nərimanov Rayon İcra
Hakimiyyətinin başçısı və Elxan İbrahimovu Kürdəmir Rayon İcra
Hakimiyyətinin başçısı təyin olunmaları ilə əlaqədar videoformatda
qəbul edərkən deyib.

Dövlə başçısı bildirib:

“Biz indi dünyada nadir ölkələrdənik ki, heç kimdən asılı
deyilik, iqtisadi cəhətdən tamamilə müstəqilik, heç bir kreditə
ehtiyacımız yoxdur. Əksinə, mən göstəriş vermişəm ki, xarici dövlət
borcumuz ildən-ilə azalsın və keçən ilin nəticələrinə görə, ümumi
daxili məhsulun cəmi 17 faizini təşkil edir. Mən göstəriş vermişdim
ki, onu 15, 12, 10 faizə endirək. Yəni, bizim qarşımızda indi
maliyyə problemlərimiz yoxdur desəm, səhv olar. Ancaq, eyni
zamanda, bütün bu işləri özümüz görürük. O cümlədən Qarabağı və
Zəngəzuru dirçəltmək üçün heç kimdən bir manat yardım, yaxud da ki,
kredit almamışıq. Yəni, bu, onu deməyə əsas verir ki, sadəcə
olaraq, yerlərdə işlər düzgün təşkil olunduqda problemlər də öz
həllini tapacaq”.

Teqlər: