Prezident İlham Əliyev Qarabağ Zəfəri ilə dünyaya liderlik nümunəsi göstərdi – Xalq rəssamı Əşrəf Heybətov FOTO/VİDEO)

Vətən Müharibəsi başlayan gün böyük bir əsər üzərində işə
başladım və adını “Qarabağda Qələbə bayramı” adlandırdım. Çünki,
hər bir azərbaycanlı kimi mən də öz dövlətimə, öz qətiyyətli
prezidentimə inanırdım, biz əmin idik ki, müharibədə tarixi qələbə
qazanacayıq. Azərbaycan dövləti Müzəffər Ali Baş Komandan,
Prezident İlham Əliyevin rəhbərliyi ilə dünyaya səs salan Zəfər
qazandı və biz tarixi torpaqlarımızı azad etdik. Azərbayanın adı
dünya tarixinə qızıl hərflərlə yazıldı”.

Bunu Trend BİA-nın “Sahil Kərimli ilə Aktual” müəllif
videolayihəsinə müsahibəsində dünya şöhrətli xalq rəssamı, hazırda
Almaniyada yaşayan Əşrəf Heybətov bildirib.

Xalq rəssamı əlavə edib ki, Dünya Azərbaycanlılarının V
Qurulyatı zamanı onun Şuşada ilk sərgisi təşkil olunub:

“Mənim ən böyük arzum Şuşada sərgi açmaq idi. Çox xoşbəxtəm ki,
bu arzuma çatdım. Həyatımda bundan böyük sevinc təsəvvür etmirəm.
Bunun üçün Prezident İlham Əliyevə, qələbəmizi bizə bəxş edən
qəhrəman ordumuza sonsuz minnətdaram”, – deyə xalq rəssamı əlavə
edib.

Ə.Heybətov həmçinin bildirib ki, Qarabağ zəfərindən sonra
soydaşlarımız xarici ölkələrdə böyük fəxr və qürur hissi ilə təmsil
olunurlar:

“Biz əvvəllər utanc hissi keçirirdik, torpaqlrımızı itirmişdik,
başımız aşağı gəzirdik. Amma indi alnımız açıqdır, başımızı dik
tutub gəzirik, çünki bütün dünyaya liderlik nümunəsi
göstərdik”.

Xalq rəssamı onu da bildirib ki, bir müddət əvvəl Ağdamda və
digər azad edilmiş ərazilərə səfər edib, işğal dövründəki
dağıntılarla, erməni vandalizmi ilə, eyni zamanda hazırda aparılan
bərpa-quruculuq işləri tanış olub.

“Ağdamdakı dağıntılar insanı dəhşətə gətirir. Gördüyüm
mənzərələrlə bağlı 12 əsər işləmişəm, amma rəngli yox, ağ-qara
formatda. Çünki, bu dəhşətləri yalnız ağ-qara təsəvvür etmək olar”,
– deyə Ə.Heybətov qeyd edib

Müsahibənin videovariantını təqdim edirik.

Teqlər: