Bakıda ADA Universitetində Prezident İlham Əliyevin iştirakı ilə
keçirilən “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda
beynəlxalq konfrans post münaqişə dövründə Azərbaycanın həyata
keçirdiyi xarici siyasətin növbəti uğurlu nəticələrindədir.
Ötən il olduğu kimi, bu il də cənab Prezident bu konfransdakı
çıxışı ilə həm qonaqlara, həm də bütün dünyaya işğal və
postmünaqişə dövrünün reallıqlarını şəxsən çatdırdı.
Hələ ötən il “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra
inkişaf və əməkdaşlıq” mövzusunda keçirilən beynəlxalq konfrans
zamanı bu forumun ideyası yaranmışdı. Həmin konfransda iştirakçılar
Qarabağda beynəlxalq konfransın keçirilməsini təklif etmiş və
Prezident İlham Əliyev bu təklifi müsbət qiymətləndirmişdi və bir
ildən sonra – dünən forum Azərbaycanın mədəniyyət paytaxtı Şuşada
keçirildi.
Bu gün tam əminliklə demək olar ki, Azərbaycan və onun
mədəniyyət paytaxtı Şuşa beynəlxalq tədbirlər, formalar məkanına
çevirilib. Şuşa bu gün təkcə Azərbaycanın mədəniyyət paytaxtına
yox, eyni zamanda regionun diplomatik paytaxtına, mərkəzinə
çevirilir.
3 saatdan çox davam konfransda Azərbaycan Prezidenti bütün
sualları geniş və ətraflı şəkildə cavablandırdı. Növbəti dəfə
Azərbaycan cəmiyyəti və dünya Prezident İlham Əliyevin timsalında
diplomatik master klassa şahidlik etdi.
Prezident İlham Əliyev çıxışında bir sıra vacib məqamlarsan bəhs
etdi, həm azad olunmuş əraizlərdəki geniş quruculuq işləri,
Azərbaycanın qonşu dövlətlərlə və eyni zamanda digər xarici
dövlətlərlə münasibəti, iqtisadi əlaqələrin inkişafı, Bakı və
İrəvan arasındakı son vəziyyət, Azərbaycanın regionda sülh
tərəfdarı olması və bu istiqamətdə görülən işlərə toxundu.
AzerTimes-a açıqlamasında “Bakı xəbər” qəzetinin baş redaktoru,
siyasi ekspert Aydın Quliyev bildirib ki,Prezident
İlham Əliyevin ADA universitetindəki beynəlxalq konfransda çıxış və
cavablandırmaları öz real xarakteri, şəraitə uyğunluğu və konkret
nəticələr doğurmaq gücünə malik olması ilə seçilir.
“Ermənistanın müharibəyə qədərki və ondan sonrakı dövrdə
apardığı siyasətlərin mahiyyıtini dünyanın tanınmış düşüncə
sahiblərinə çatdırmaq çox vacib və əhəmiyyətli idi və ölkəmizin
prezidenti bunu yüksək səviyyədə etməyi bacardı .Prezident İlham
Əliyev bu çətin vəzifəni özünün geniş məlumatlara sahib olması
,regional və beynəlxalq siyasətə dərin bələdçiliyi,savadlı
auditoriya ilə işləmək və Azərbaycanın vəziyyətini hər tərəfdən
dəqiq görmək qabiliyyəti sayəsində icra edə bildi.
Prezident Ermənistanın işğal,qanunsuz məskunlaşdırma ,coğrafi
adları dəyişdirmə və etnik təmizləmə siyasətinin əsil vandal
mahiyyətini xarici düşüncə adamlarına böyük məharətlə çatdıra bildi
.Belə mötəbər konfrans auditoriyasına izah etmək çox vacib idi
ki,Ermənistan Axərbaycanın rayonlarını birinci Qarabağ
müharibəsində yox,ondan sonra düz 30 il davam etmiş vəhşi işğal
dövründə darmadağın edib.Prezident Əliyevin bu taktikası
Ermənistanın bu dağıntıları guya birinci Qarabağ müaribəsinin hərbi
əməliyyatlarının labüd nəticəsi kimi qələmə vermək siyasətini
alt-üst edir.Prezident Əliyev sübut edir ki, Ermənistan
rayonlarımızı məqsədli,qisas,talan və iyrənc qazanc naminə dağıdıb
.
Prezident Əliyev 44 günlük müharibədəki hərbi -siyasi
qələbəmizlə yanaşı postmüharibə reallıqlarını Ermənistana və daha
geniş dairələrə qəbul etdirmək yönündə siyasətimizin uğurlarını da
əla təqdim etdi.Xarici qonaqlar bir daha gördülər ki, Ermənistan bu
gün sülh gündəmini məhz Azərbaycanın düzgün və təsirli siyasti
altında qəbul edib.Dünya rəsmilərinin bilməsi və məhz Əliyevdən
eşitmələri çox əhəmiyyətlidir ki,Azərbaycanın 5 sülh təklifini bu
gün Ermənistan da gec də olsa qəbul edib”, – deyə o əlavə edib.
A.Quliyev qeyd edib ki, Azətbaycan Prezidenti 5 sülh təklifini
regionda davamlı və möhkəm sülhün müstəsna əhəmiyyətli şərti kimi
təqdim etdi.Dünyanın rəsmi və analitik dairələri bizim prezidentin
çıxışındakı bu məqama hələ bundan sonra da çox müraciətlər
edəcəklər.Çünki İlham Əliyev regionda möhkəm və davamlı sülhün
tutarsız alternativlərini yaratmaq istəyənlərin mövqeyini alt-üst
etdi.Konfrans iştirakçıları gördülər ki, davamlı sülhün şərti heç
də hansısa mifik həmsədrliklərin vasitəçiliyində və ya danışıqların
uzadılmasında yox,məhz Əliyevin məlum 5 sülh təklifindədir.
Çiox maraqlı məqamlardan biri də Ermənistanın həqiqətən müstəqil
ölkəyə çevrilməsini təmin edən siyasət gündəminin təqdim
edilməsidir .Azərbaycan prezidenti Ermənistanın özündən güclü
qonşulara qarşı ərazi iddiaları,təcavüz niyyətləri ilə yaşamasını
onun özünün bütün uğursyuzluqlarının və iflasının əsas səbəbi kimi
təqdim etdi .Prezident Əliyev əslində Ermənistana rifah və sülh
içində yaşamaq gündəliyi təqdim etdi ki, bunun da həlledici şərti
Azərbaycanla sülhdən keçir:
“Azərbaycan prezidenti Ermənuistanın postmüharibə reallıqlarını
qəbul etməkdə pozucu və ləngidici siyasətini inandırıcı məntiq və
faktlarla sübut etdi.Dünya alimləri və siyasətçilər bir daha
gördülər ki, Ermənistan saziş və delimitasiya prisesinin
başlanmasına yenə mane olur və bu prosesə hazır deyil.Ermənistanın
tək Azərbaycanla yox, regionda üçtərəfli əməkdaşlıq formatlarına da
hazır olmadığı nümayiş etdirildi .Azərbaycan prezidenti
Ermənistanın Gürcüstan da daxil üçtərəfli əməkdaşlığa nə yüksək
siyasi, nə ekspertlər, nə də ictimai nümayəndəlik səviyyəsində
hazır və maraqlı olmadığını sübut etdi.
Ermənistanın məhz təcavüzkar və antihumanust minalar siyasətinin
ifşa edilməsində konfrans materialları müstəsna rol
oynayır.Prezident Ermənistanın Azərbaycan ərazilərində minalama
siyasətini son günlərə,son saatlara qədər davam etdirdiyini də ifşa
etdi .Dünyaya bəyan edildi ki, Ermənistan hətta Kəlbəcərdən çıxmaq
üçün 2020-ci ildə xahişlə aldığı əlavə 10 günlük müddəti də
cinayətkarcasına minaların basdırılmasına sərf edib.
Azərbaycan prezidentinin mülahizə və cavabları Azərbaycanın
postmüharibə sülh siyasətinin əsaslarını və böyük perspektivlərini
təqdim etməkdə çox məzmunlu və dəyərlidir”
AzerTimes-a açıqlamasında “SƏS” qəzetinin baş redaktoru, siyasi
ekspert Bəhruz Quliyev isə əlavə edib ki,
Prezident İlham Əliyev Qafqazda yeni eranın başlanığcının əsasını
qoyub.
“Prezident İlham Əliyev öz çıxışı ilə bir daha sübut etdi ki,
onun məqsədi və məramı ilk növbədə regional inkişaf, möhkəm sülhün
təmin olunması və səmimiyyət üzərində qurulmuş qonşuluq siyasətinin
əldə edilməsindən ibarətdir”. Bu fikirləri “SƏS” qəzetinin baş
redaktoru, siyasi ekspert Bəhruz Quliyev ADA Universitetində
keçirilən “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda
beynəlxalq konfransdakı nitqini şərh edərkən deyib.
“Cənab Prezident çıxışı zamanı bir neçə mühüm məqamlara toxunaraq
xüsusilə, 44 günlük Vətən müharibəsindən sonar regionda baş verən
dəyişiklikləri geniş və mükəmməl fikirləri ilə şərh etdi,
Azərbaycanın regiondakı yeri və rolunun bundan sonar hansı
istiqamətdə davam edəcəyini vurğuladı”, deyən Bəhruz Quliyev
həmçinin bildirib ki, Azərbaycanın Qarabağ torpaqlarının işğala
məruz qaldığı 30 il ərzində baş verənlər göz önündədir və ölkəmiz
bu sarsıntıları, dağıntıları yenidən bərpa etmək, regionu
dirçəltmək üçün bütün gücünü, qüvvəsini səfərbər edib: “Əbəs deyil
ki, İlham Əliyev Qafqazda yeni eranın, sülh və əməkdaşlıq mühitinin
başlandığını vurğulayıb, eləcə də prosesin Azərbaycan tərəfindən
fəal şəkildə təşviq edildiyini dedi. Buna misal kimi isə nəhayət,
Azərbaycanın irəli sürdüyü 5 təməl prinsinin Ermənistan tərəfindən
qəbul edildiyini xatırlatdı. Təbii ki, bütün bunlar bilavasitə
cənab Prezidentin qətiyyəti, iradəsi və əlbəttə ki, xarizmatik
Liderliyi sayəsində əldə olundu. Bunu artıq beynəlxalq
siyasi-diplomatik çevrələr də yaxşı bilir, anlayırlar ki, İlham
Əliyev sözünə əməl edən və qarşıya qoyulan məqsədləri həyata
keçirən dövlət başçısıdır və əgər çıxışı zamanı onun tərəfindən
irəli sürülən yeni mesajlar verildisə, demək qarşıda regionu daha
böyük imkanlar, inkişaflar gözləyir. Qarabağın və Şərqi Zəngəzurun
yenidən qurmaq planlarından başlayaraq digər nəhəng layihələrin
realizəsi istiqamətində verilən vədlərin reallaşdrılması da bu
xüsusdandır. Cənab Prezident qeyd etdi ki, bu planlar həqiqətən
genişmiqyaslıdır və biz onları büdcəmizdən ayrılan vəsaitlərimiz
hesabına icra edirik. Yəni fakt budur ki, biz müasir dövrümüzdə
müharibənin bir gününün nə qədər maliyyə xərcləri tələb etdiyini
yaxşı bilirik və məhz müharibədən sonra görülən bu işlərin hər
birinin dövlət büdcəsi hesabına həyata keçirilməsi bilavasitə
Azərbaycan iqtisadiyyatının gücünün, qüdrətinin göstəricisidir. Ona
görə də, İlham Əliyev çıxışı zamanı qarşıda dayanan vəzifələr
barədə bəhs edərkən yeni reallıqları möhkəmləndirmək və regionda
görülən işləri təqdim etmək üçün aparıcı beynəlxalq təşkilatlarla
işləməyin əhəmiyyətini qeyd etdi, bu vacibliyin həmin beynəlxalq
ictimaiyyət tərəfindən qəbul edilməli olduğunu vurğuladı”.
“Söz yox ki, ortada mövcud olan gerçəklik ölkəmizin, dövlət
siyasətimizin daha da gücləndirilməsi məqamını ehtiva edir”, deyən
siyasi ekspert sonda daha bir faktora da toxunaraq vurğuladı ki,
Prezident İlham Əliyev yaxın 10 ildən də tez Azərbaycaınn iqtisadi,
siyasi və s. istiqamətlərdə tutduğu mövqeyinin daha da güclənəcəyi
anonsunu verdi və biz buradan həm də o nəticəni çıxarmalıyıq ki,
artıq Azərbaycan Cənubi Qafqazın lider ölkəsi olması ilə yanaşı,
həm də bizimlə əməkdaşlıq edən bütün siyasi mərkəzlərlə səmimi
münasibətlər qurmaqda maraqlıyıq:
“Bax, budur yeni reallıq, yeni həqiqətlər və yeni tərəqqi
təzahürləri. Dövlət başçımız həmin xüsusda qeyd etdi ki,
Ermənistanla olan problemlər də həll edilmiş olacaq. Eyni zamanda,
Cənubi Qafqaz regionu tam şəkildə inteqrasiya edilmiş, bölgənin üç
ölkəsinin artıq sıx əməkdaşlığı mövcud olmuş olacaq. Dövlətimizin
başçısı deyib ki, bunun üçün fürsət və imkanlar var. Azərbaycan
istər nəqliyyat, istər enerji sahəsində regional layihələrin
reallaşdırılmasında, Azərbaycan-Türkiyə-Gürcüstan kontekstində
üçtərəfli əməkdaşlıqda çox mühüm rol oynayır. Düşünürəm ki, bu,
mesaj olmaqla yanaşı, həm də yeni reallıqların çağırışı idi və biz
qısa dövr ərzində Azərbaycanın təməlli qüdrətli dövlət olaraq məhz
xarizmatik, praqmatik liderimiz İlham Əliyevin mütərəqqi siyasəti
altında daha böyük uğurlara imza atacağını müşahidə edəcəyik”,