Prezident İlham Əliyev: Nə üçün Almaniyanın hüquq-mühafizə orqanları “Cronimet” şirkətinin əməllərini araşdırmır?

Ermənistan rəhbərliyinə gəldikdə, onların hər bir addımı, hər
bir hərəkəti biabırçılıq olub. Amma beynəlxalq auditlə işləyən
beynəlxalq şirkət bu çirkin əməllərə əl atırsa, burada həmin o
şirkətin yerləşdiyi ölkələrin hüquq-mühafizə orqanlarının işi
olmalıdır. Biz bir neçə dəfə o şirkətin adını çəkmişik, bu gün də
çəkə bilərəm: “Cronimet” şirkəti. Nə üçün bu günə qədər reaksiya
verilmir? Nə üçün Almaniyanın hüquq-mühafizə orqanları bu şirkətin
əməllərini araşdırmır? Biz axı, rəsmən müraciət etmişik. Həm də
həmin “Cronimet” şirkətinə müraciət etmişik: gəlin, təmizləyin bu
ekoloji terrorun fəsadlarını. Cavab yoxdur.

Trend xəbər verir ki, bunu Prezident İlham Əliyev mayın 4-də
Vahid Hacıyevi Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil
olan Zəngilan rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə
əlaqədar videoformatda qəbul edərkən çıxışı zamanı deyib.

Dövlət başçısı bildirib:

“Eyni zamanda, təbii fəlakət zonaları arasında yenə də
Zəngilanın ərazisindən keçən Oxçuçay çayının taleyini biz əfsuslar
olsun ki, ürək ağrısı ilə dilə gətiririk. Oxçuçay da Ermənistanın
ekoloji terroruna məruz qalmışdır. Əfsuslar olsun ki, bir xarici
şirkət də bu ekoloji terrorun ermənilərlə birlikdə müəllifi
olmuşdur. Oxçuçayın sarı rəngə boyanması artıq mətbuatda dəfələrlə
dərc edilib, həm foto, həm videogörüntülər var. Yəni, Ermənistanda
istismar edilən mis kombinatının bütün axıntıları Oxçuçaya
təmizlənmədən ötürülürdü. Bu, cinayətdir, bu, ekoloji terrordur.
Bunu kim edib? Ermənistanın keçmiş rəhbərliyi. Çünki həmin o mis
kombinatının səhmdarları Ermənistanın keçmiş rəhbərliyinə yaxın
olan və qohumluq əlaqələri olan adamlardır. Biz bilirik ki, bu mis
kombinatının işlənilməsi korrupsiya sxemləri əsasında olub. Təəssüf
ki, beynəlxalq auditə subyekt olan xarici şirkət də bu korrupsiya
əməllərində iştirak edib.

Ermənistan rəhbərliyinə gəldikdə, onların hər bir addımı, hər
bir hərəkəti biabırçılıq olub. Amma beynəlxalq auditlə işləyən
beynəlxalq şirkət bu çirkin əməllərə əl atırsa, burada həmin o
şirkətin yerləşdiyi ölkələrin hüquq-mühafizə orqanlarının işi
olmalıdır. Biz bir neçə dəfə o şirkətin adını çəkmişik, bu gün də
çəkə bilərəm: “Cronimet” şirkəti. Nə üçün bu günə qədər reaksiya
verilmir? Nə üçün Almaniyanın hüquq-mühafizə orqanları bu şirkətin
əməllərini araşdırmır? Biz axı, rəsmən müraciət etmişik. Həm də
həmin “Cronimet” şirkətinə müraciət etmişik: gəlin, təmizləyin bu
ekoloji terrorun fəsadlarını. Cavab yoxdur. Hüquq-mühafizə
orqanlarından cavab yoxdur. Axı, biz bilirik ki, Avropada
ekologiyaya nə qədər böyük diqqət göstərilir. Biz bilirik ki,
havanın yarım dərəcə istiləşməsi indi bütün dünya, Avropa üçün
böyük problem kimi qəbul edilir. İqlim dəyişikliyi problemi bu gün
dünya gündəliyinin diqqətini cəlb edib. Amma burada açıq-aşkar
görünür ki, təmiz qaynaqlardan axan çay sarı rəngə boyanır. Yəni,
oradan götürülən nümunələr, o cümlədən işğal dövründə götürülən
nümunələr bunu göstərir. Birinci olaraq erməni ekoloqları bu
məsələni qaldırmışdılar. Onlar qeyd edirdilər ki, burada təbii
fəlakət baş verir. Əlbəttə ki, onlar Azərbaycana, necə deyərlər,
xoş münasibət göstərən adamlar deyildilər, onlar hesab edirdilər
ki, bu torpaqlar Ermənistanın əlində əbədi olacaq. Ona görə məsələ
qaldırmışdılar və əvvəlki rəhbərliyi, kriminal xunta rejimini –
Serjik Sarkisyanı və onun qohumlarını ittiham etmişdilər. Onların
da əlində sübutlar var. Amma bir addım atıldı? Yox.

Ona görə bu məsələni də indi bizim mərkəzi icra orqanları
qaldırıblar və məşğul olurlar. Əlbəttə ki, siz mənim nümayəndəm
kimi bütün bu məsələləri daha dərindən təhlil etməlisiniz və
vurulmuş ziyanın ödənilməsi, məhkəmə və hüquq iddialarının
qaldırılması ilə bağlı öz töhfənizi verməlisiniz. Əlbəttə, bu, əsas
məsələlərdir, bu, ilkin mərhələdə görüləcək işlərdir, o cümlədən
minatəmizləmə işləri. İndi bizim müvafiq qurumlarımız bu işlə
məşğul olurlar. Əlbəttə ki, mənim yerlərdəki nümayəndələrim də
burada fəal iştirak etməlidirlər, öz köməklərini
göstərməlidirlər”.

Teqlər: