Müharibədən sonrakı vəziyyət çox kövrəkdir.
AzerTimes-ın məlumatına görə, bunu Prezident İlham Əliyev ADA Universitetində keçirilən “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı konfransda çıxışı zamanı deyib.
Dövlət başçısı bildirib: “Atəşkəsə riayət olunmasına baxmayaraq, münaqişədən sonrakı inkişafla bağlı hələ çox məsələlər var”.