Prezident İlham Əliyev: Minsk qrupu münaqişəni həll etmək üçün yox, işğalı əbədiləşdirmək üçün yaradılmışdı

Əfsuslar olsun ki, bu gün Ermənistanda hələ də yüksək vəzifəli
şəxslər Minsk qrupu haqqında sözlər deyirlər. Hesab edirəm ki, bu,
əbəsdir, bunun heç bir mənası yoxdur. Minsk qrupu faktiki olaraq
2019-cu ildə iflic olub.

AzerTimes-ın məlumatına görə, bu
fikirləri Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının V
Qurultayında çıxışı zamanı səsləndirib.

Dövlətimizin başçısı deyib ki, 1992-ci ildə bu məsələni həll
etmək üçün mandat almış Minsk qrupu faktiki olaraq heç bir nəticə
əldə etməyib. İndi bu qrupun tarixçəsinə və hərəkətlərinə, verdiyi
təkliflərə nəzər yetirərkən bir daha görmək olar ki, o, məsələni
həll etmək üçün yox, işğalı əbədiləşdirmək üçün yaradılmışdı. Minsk
qrupunun həmsədr ölkələrində erməni lobbi qruplarının təsiri
çoxdur. Məhz buna görə 28 il bu qrupun heç bir nəticəsi
olmayıb.

Teqlər: