Prezident İlham Əliyev: Mən dedim ki, Dünya Azərbaycanlılarının V Qurultayı mütləq Şuşada keçirilməlidir

Bura gələrkən 2001-ci ildə keçirilmiş ilk qurultayı
xatırlayırdım. Ulu öndər Heydər Əliyev həmin qurultayda dərin
məzmunlu çıxışında Qarabağ problemi ilə bağlı öz fikirlərini
bildirmiş və demişdir ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa
edəcək, işğal altındakı torpaqlar azad olunacaq və Azərbaycan xalqı
öz dədə-baba torpaqlarına qayıdacaq.

Trend xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Şuşa
şəhərində Dünya Azərbaycanlılarının V Qurultayında çıxışı zamanı
bildirib.

Dövlətimizin başçısı deyib: “Biz – Ulu Öndərin davamçıları bu
sözləri gerçəyə çevirdik və V qurultaya hazırlıq işləri başlayarkən
mənə məruzə edildi və mən dedim ki, bu qurultay mütləq Şuşada
keçirilməlidir. Əminəm ki, qurultay iştirakçıları da buna çox
müsbət yanaşıblar və böyük həvəslə qədim Şuşaya, bizim
mədəniyyətimizin paytaxtı olan Şuşaya gəlmişlər. Şuşa da öz
doğmalarını bax belə günəşli hava ilə qarşılayır və bu, bir daha
onu göstərir ki, bu, bizim tarixi torpağımızdır. Hətta təbiət,
günəş də bizimlə həmrəydir”.

Teqlər: