Prezident İlham Əliyev: Mən çox şadam ki, diaspor təşkilatlarımız Azərbaycan ilə daim təmasdadırlar

Mən çox şadam ki, xaricdə fəaliyyət göstərən diaspor
təşkilatlarımız Azərbaycan ilə daim təmasdadırlar. Müxtəlif
ölkələrdə fəaliyyət göstərən diaspor təşkilatları arasında
koordinasiya da təkmilləşir. Bu da çox vacibdir.

Trend xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Dünya
Azərbaycanlılarının V Qurultayında çıxışı zamanı bildirib.

Dövlətimizin başçısı deyib: “Əlbəttə, biz hamımız istəyirik ki,
xaricdə yaşayan azərbaycanlılar öz tarixi Vətəni ilə sıx bağlı
olsunlar. Heç olmasa ildə bir dəfə hər bir azərbaycanlı öz ailəsi
ilə Azərbaycana gəlsə çox yaxşı olar – xüsusilə azad edilmiş
torpaqlara getmək üçün. Bu gün biz qurultayı Şuşada keçiririk. Azad
edilmiş ərazilər on min kvadratkilometrdən çoxdur və indi
marşrutlar da açılır, aeroportlar da tikilir. Ona görə gəliş-gediş
çox rahat olacaq”.

Teqlər: