Prezident İlham Əliyev Macarıstanın yeni seçilmiş Prezidentinə təbrik məktubu göndərib

Prezident İlham Əliyev Macarıstanın yeni seçilmiş Prezidenti
Katalin Novakaya təbrik məktubu göndərib.

Trend xəbər verir ki, məktubda deyilir:

“Macarıstanın Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə
Sizi ürəkdən təbrik edirəm.

Azərbaycan ilə Macarıstan arasındakı münasibətlərin dinamik
inkişafı məmnunluq doğurur. Siyasi, iqtisadi və mədəni sahələrdə
daim genişlənən əlaqələrimiz çoxtərəfli qaydada fəal əməkdaşlığımız
ilə müşayiət olunur.

İnanıram ki, bu il diplomatik münasibətlərin qurulmasının 30
illiyini qeyd edəcək ölkələrimiz arasında ənənəvi dostluğun daha da
möhkəmləndirilməsi, strateji tərəfdaşlığın bundan sonra da
müvəffəqiyyətlə davam etdirilməsi üçün birgə səylər
göstərəcəyik.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Macarıstan xalqının
rifahı naminə məsul fəaliyyətinizdə uğurlar diləyirəm”.

Teqlər: