Prezident İlham Əliyev: Litva ilə Azərbaycan uzun illərdir strateji tərəfdaşdırlar

Litva ilə Azərbaycan uzun illərdir ki, strateji tərəfdaşdırlar.
Aramızda imzalanmış Strateji Tərəfdaşlıq üzrə Bəyannamə həqiqətən
əməkdaşlığımızın mahiyyətini əks etdirir. Bu gün cənab Prezidentin
səfəri bir daha əməkdaşlığımızın strateji mahiyyətini təsdiq
edir.

AzerTimes-ın məlumatına görə, bu fikirləri Azərbaycan Prezidenti
İlham Əliyev Litva Prezidenti Gitanas Nauseda ilə görüşlərindən
sonra mətbuata bəyanatında söyləyib.

Litvalı həmkarı ilə bir çox məsələləri müzakirə etdiklərini
bildirən dövlətimizin başçısı deyib: “ Əlbəttə ki, biz
məmnuniyyətlə ölkələrimiz arasındakı güclü siyasi əlaqələri,
ikitərəfli gündəliyə aid müxtəlif məsələlərin həllinə kömək edən
siyasi dialoqu vurğuladıq. İki il öncə cənab Prezident ilə
videokonfrans vasitəsilə danışmaq imkanımız olub, çox konstruktiv
və məhsuldar müzakirələr aparılıb. İndi də canlı olaraq ikitərəfli
gündəliyə dair çoxlu vacib məsələlər haqqında danışmaq imkanımız
oldu”.

Prezident İlham Əliyev qeyd edib ki, həm ikitərəfli, həm də
geniş tərkibdə görüşlər zamanı iqtisadi, ticarət, nəqliyyat, kənd
təsərrüfatı, təhsil, enerji, idman və başqa sahələrdə əməkdaşlığın
müxtəlif aspektləri geniş müzakirə olunub.

Teqlər: