Prezident İlham Əliyev: Laçın şəhərindən yan keçən yeni alternativ yolun istifadəyə verilməsi də bu ilə planlaşdırılır

Laçın şəhərindən yan keçən yeni alternativ yolun istifadəyə
verilməsi də bu ilə planlaşdırılır.

Trend xəbər verir ki, bunu Prezident İlham Əliyev aprelin 12-də
bu ilin birinci rübünün yekunlarına həsr olunmuş müşavirədə
deyib.

Dövlət başçısı bildirib:

“LBu yolun da çox böyük əhəmiyyəti var və biz bunu artıq bu il
istismara verməliyik. Bu il istifadəyə veriləcək yolların arasında
Füzuli-Hadrut avtomobil yolu, Qubadlı-Eyvazlı kəndi yolu və digər
yollar var. O cümlədən Kəlbəcər və Laçın rayonlarında hərbi
əhəmiyyətli yolların çəkilişi davam etdiriləcək. Tarixdə heç vaxt
yollar olmayan yerlərdə, ərazilərdə təkcə keçən il 700 kilometrə
yaxın yollar çəkilib. Yəni, Azərbaycan-Ermənistan sərhədinə qədər
bu yollar çəkilib”.

Teqlər: