Prezident İlham Əliyev Koreya Respublikasının yeni seçilmiş
Prezidenti Yun Sok Yola təbrik məktubu göndərib.
AzerTimes-ın məlumatına görə,
məktubda deyilir:
“Hörmətli cənab Yun,
Koreya Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz
münasibətilə Sizi səmimiyyətlə təbrik edirəm.
Mən Azərbaycan Respublikası ilə Koreya Respublikası arasında
təşəkkül tapmış dostluq əlaqələrinə böyük əhəmiyyət verirəm.
İnanıram ki, bu il diplomatik münasibətlərin qurulmasının 30-cu
ildönümünü qeyd edəcək ölkələrimiz arasındakı qarşılıqlı maraq
doğuran sahələrdə əməkdaşlıq xalqlarımızın rifahı naminə birgə
səylərimizlə inkişaf edəcək və genişlənəcəkdir.
Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost xalqınızın rifahı
naminə qarşıdakı fəaliyyətinizdə uğurlar arzulayıram”.