Prezident İlham Əliyev: İşğaldan, dağıntıdan və başqa ciddi problemlərdən əziyyət çəkən digər ölkələr üçün yaxşı nümunə ola bilərik

İşğaldan, dağıntıdan və başqa ciddi problemlərdən əziyyət çəkən
digər ölkələr üçün yaxşı nümunə ola bilərik.

Trend xəbər verir ki, bunu Prezident İlham Əliyev martın 5-də
BMT-nin Məskunlaşma Proqramının icraçı direktoru Maimuna Mohd
Şərifi qəbul edərkən deyib.

Dövlət başçısı bildirib:

“Hazırda minalar səbəbindən keçmiş məcburi köçkünlərin işğaldan
azad edilmiş ərazilərə geri qaytarılması mümkün deyil. Əfsuslar
olsun ki, indiyədək bizdə minalar səbəbindən 200-dən çox insan
həlak olub və ya ağır yaralanıb. Ərazilərin bu minalardan
təmizlənməsi böyük təcrübə və texniki imkanlar tələb edir. Həmçinin
biz geri qayıdacaq insanlar üçün layiqli şərait yaratmalıyıq və
proses başlayıb. Əminəm ki, siz ölkəmizə yenidən səfər edəcəksiniz,
çünki, bu, qlobal miqyasda həqiqətən də çox mühüm məsələdir.
Düşünürəm ki, bizim Livan böyüklüyündə ərazini necə bərpa
edəcəyimiz, işğaldan, dağıntıdan və başqa ciddi problemlərdən
əziyyət çəkən digər ölkələr üçün yaxşı nümunə olacaq. Əminəm ki,
bizim kimi eyni problemlərlə üzləşən və ya üzləşmiş bütün digər
ölkələr üçün nümunə ola bilərik”.

Teqlər: