Prezident İlham Əliyev iş adamlarını azad edilmiş ərazilərə sərmayə qoymağa çağırıb

Azərbaycan iş adamlarına bu gün burada – Ağdam Cümə məscidinin
önündə çağırış edirəm ki, gəlsinlər həm Ağdama, həm də azad edilmiş
bütün digər ərazilərə sərmayə qoysunlar, vəsait qoysunlar.

Trend xəbər verir ki, bu müraciəti Prezident İlham Əliyev Ağdam
rayonuna səfəri zamanı səsləndirib.

Azərbaycanda biznes üçün, sahibkarlar üçün çox gözəl şərait
yaradıldığını vurğulayan dövlətimizin başçısı deyib: “Dövlət
sahibkarları dəstəkləyir və həm mənəvi-siyasi dəstək verilir, eyni
zamanda, güzəştli kreditlər verilir. Əlbəttə ki, bölgələrdə
infrastruktur layihələrinin icrası sahibkarlıq üçün də gözəl
imkanlar yaradır. Ona görə Azərbaycan sahibkarları gərək azad
edilmiş torpaqlara gəlsinlər və burada müəssisələr qursunlar, iş
yerləri yaratsınlar. Biz azad edilmiş torpaqları ancaq bu yolla
tezliklə canlandıra bilərik”.

Prezident İlham Əliyev bildirib ki, dövlət öz tərəfindən lazımi
addımları atır və atacaq, özəl sektorun nümayəndələri də bu işlərdə
fəal olmalıdırlar.

Teqlər: