Prezident İlham Əliyev İkinci Qarabağ müharibəsindəki Qələbədə həlledici rol oynadı – Rusiya Prezidentinin xüsusi nümayəndəsi (VİDEO)

İkinci Qarabağ müharibəsində qələbənin qazanılmasında, sözsüz ki, Azərbaycan Prezidenti İlham Əliyev həlledici rol oynadı.

Bunu AzerTimes-a Rusiya Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy deyib.

“Prezident İlham Əliyev həmişə deyirdi ki, Azərbaycanın ərazi bütövlüyü məsələsi sülh yolu ilə həll edilə bilməzsə, o zaman bunu hərbi yolla etmək lazım olacaq. Azərbaycan Prezidenti lap əvvəldən ölkənin 90-cı illərin əvvəllərində müharibə nəticəsində itirdiyi ərazilərin qaytarılması ilə bağlı qəti mövqe nümayiş etdirib. Azərbaycanın ərazi bütövlüyünün bərpasında Prezident İlham Əliyevin şəxsi rolu çox böyükdür. O, ordunun ən müasir silahlarla yenidən təchiz olunmasına böyük diqqət yetirirdi. Bu halda onun xidmətləri göz qabağındadır”, – deyə Rusiya Prezidentinin xüsusi nümayəndəsi bildirib.

Eyni zamanda, Şvıdkoyun qeyd etdiyi kimi, Prezident İlham Əliyev siyasətçidir və o, çox gözəl başa düşür ki, istənilən qələbə qonşularla münasibətlərdə prespektiv tələb edir.

“Bu mənada o, Azərbaycanın ərazi bütövlüyünü qorumaqla, şübhəsiz ki, Ermənistanın dövlət bütövlüyünə ciddi yanaşır. Bu da onun siyasi uzaqgörənliyinin sübutdur”, – Şvıdkoy əlavə edib.

Teqlər: