İkinci Qarabağ müharibəsi şanlı tariximizin parlaq səhifəsidir. Azərbaycan xalqı bütün gücünü səfərbər edib bu şanlı missiyanı yerinə yetirmişdir.
Trend xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 8-də – Zəfər Günündə Şuşada hərbçilərin qarşısında çıxışı zamanı bildirib.
“Mən işğal dövründə dəfələrlə deyirdim ki, hər bir Azərbaycan vətəndaşı bu müqəddəs günü öz işi ilə, öz əməli ilə yaxınlaşdırmalıdır. Mən demişdim ki, Azərbaycan xalqı heç vaxt işğalla barışmayacaq və biz işğala son qoymaq üçün bütün gücümüzü səfərbər edib bir nöqtəyə vuraraq düşməni tarixi torpaqlarımızdan qovduq”, – deyə dövlətimizin başçısı vurğulayıb.