Prezident İlham Əliyev: İcra başçısı bütün kəndlərə getməlidir, insanlarla görüşməlidir

İcra başçısı bütün kəndlərə getməlidir, insanlarla
görüşməlidir.

Trend xəbər verir ki, bunu Prezident İlham Əliyev fevralın 18-də
Coşqun Cəbrayılovu Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin
başçısı, Elgin Həbibullayevi Bakı şəhəri Nərimanov Rayon İcra
Hakimiyyətinin başçısı və Elxan İbrahimovu Kürdəmir Rayon İcra
Hakimiyyətinin başçısı təyin olunmaları ilə əlaqədar videoformatda
qəbul edərkən deyib.

Dövlə başçısı bildirib:

“Kürdəmir rayonunun kəndlərində mövcud olan problemlər təhlil
edilməlidir. İcra başçısı bütün kəndlərə getməlidir, insanlarla
görüşməlidir. Əgər hər bir kəndin problemi həll olunarsa, onda
demək olar ki, bütün problemlər həll olunar. O cümlədən Nizami və
Nərimanov rayonlarının bütün guşələrində işlər elə getməlidir ki,
bu rayonlar nümunəvi olsun.

Yerlərdə həlli mümkün olmayan problemlərin, – elə problemlər
təbii ki, var, – həlli üçün siz mərkəzi icra orqanlarına müraciət
etməlisiniz, həlli mümkün olan problemləri isə özünüz həll
etməlisiniz ki, insanlar sizdən razı olsun. İnsanlar sizdən razı
olsalar, mən də sizin işinizdən razı olacağam.

Bir daha demək istəyirəm ki, sizə böyük etimad göstərilir. Bu
təyinatı mən ictimaiyyət üçün açıq edirəm ki, hər kəs bir daha
görsün mənim tövsiyələrimi və sizin məsuliyyətinizi. Sizə uğurlar
diləyirəm”.

Teqlər: