Prezident İlham Əliyev: İçərişəhərin tarixi simasının qorunması şəxsən mənim nəzarətimdədir

İçərişəhərin tarixi simasının qorunması şəxsən mənim
nəzarətimdədir.

AzerTimes-ın məlumatına görə,
bunu Prezident İlham Əliyev martın 3-də Şahin Seyidzadəni
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə
Heyətinin sədri vəzifəsinə təyin olunması ilə əlaqədar
videoformatda qəbul edərkən deyib.

Dövlət başçısı bildirib: “Hamımız yaxşı bilirik ki, Bakının
təməli məhz İçərişəhərdə qoyulubdur və qədim dövrlərdə Qala
divarlarının kənarında heç bir tikili yox idi. Bu gün də
İçərişəhərdə insanlar yaşayır və onların rahatlığı üçün əlbəttə ki,
böyük işlər görülür və görüləcəkdir. Eyni zamanda, bir daha demək
istəyirəm ki, İçərişəhər həm Bakı sakinləri, həm bütün Azərbaycan
vətəndaşları, xarici qonaqlar üçün çox cəlbedici yerdir və məhz
buna görə İçərişəhərə hər gün böyük axın var. Bütün bunları nəzərə
alaraq işlər elə qurulmalıdır ki, orada yaşayan insanlar əziyyət
çəkməsinlər, eyni zamanda, turistlər, qonaqlar üçün də lazımi
şərait yaradılsın. Son illər ərzində bu istiqamətdə böyük işlər
görülübdür. İçərişəhərin tarixi simasının qorunması şəxsən mənim
nəzarətimdədir və əminəm ki, sizin rəhbərliyinizlə İdarə qarşıda
duran yeni vəzifələri uğurla icra edəcək. İçərişəhər əbədi
yaşayacaq və yaşamalıdır. Biz də, bizdən sonra gələn nəsillər də
haqlı olaraq İçərişəhərlə fəxr edəcəklər”.

Teqlər: