Prezident İlham Əliyev: Hazırda Azərbaycan və İran arasında əlaqələr bəlkə də əməkdaşlığımızın tarixində ən yüksək səviyyədədir

Hazırda Azərbaycan və İran arasında əlaqələr bəlkə də əməkdaşlığımızın tarixində ən yüksək səviyyədədir.

AzerTimes-ın məlumatına görə, bunu Prezident İlham Əliyev mayın 25-də İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərifi qəbul edərkən deyib.

Dövlət başçısı bildirib:

“Prezident Ruhani və mənim tərəfimdən irəli sürülmüş bütün təşəbbüslər, qəbul olunmuş qərarlar həyata keçirilib. Biz Prezident Ruhaninin prezidentliyi dövründə əməkdaşlığın səviyyəsindən çox razıyıq, bu müddət başa çatır. Xahiş edirəm, mənim salamlarımı, tərəfdaşlıq və əməkdaşlıq üçün minnətdarlığımı ona çatdırasınız.

Biz bütün sahələrdə həqiqətən də böyük irəliləyişə nail olmuşuq. Düşünürəm ki, hazırda ölkələrimiz arasında əlaqələr bəlkə də əməkdaşlığımızın tarixində ən yüksək səviyyədədir. Əlbəttə ki, regionda yeni vəziyyətin – münaqişədən sonrakı vəziyyətin yaranması ilə əlaqədar yeni imkanlar, yeni çağırışlar var və sözsüz ki, İran və Azərbaycan iki qardaş ölkə olaraq səyləri əlaqələndirməli, regionda bütün bölgə ölkələrinin xeyrinə uzunmüddətli və dayanıqlı sülh şəraitində inkişafa töhfə verməlidir. Əminəm ki, İran hökuməti də eyni yanaşmanı paylaşır. Çünki münaqişə həll ediləndən sonra keçən dövrdə bizim çoxsaylı təmaslarımız olub. Yəqin ki, bu gün biz bu prosesin daha da rəvan keçməsi üçün bir neçə mühüm məsələyə toxunacağıq. Bir daha xoş gəlmisiniz”.

Teqlər: