Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 11-də
Gürcüstanın ədliyyə naziri Rati Breqadzenin başçılıq etdiyi
nümayəndə heyətini qəbul edib.
Görüşdə Azərbaycanla Gürcüstan arasında dostluq əlaqələrinin
müxtəlif istiqamətlərdə, o cümlədən nəqliyyat, enerji, ticarət
sahələrində uğurla inkişaf etdiyi bildirildi.
Söhbət zamanı Azərbaycanın və Gürcüstanın Ədliyyə nazirlikləri
arasında təcrübə mübadiləsinin aparılmasının əhəmiyyətinə
toxunuldu.
Rati Breqadzenin ölkəmizə səfərinin və səfər çərçivəsində
nazirliklər arasında imzalanan Əməkdaşlıq Memorandumunun bu sahədə
əlaqələrin genişləndirilməsi işinə töhfə verəcəyinə əminlik ifadə
olundu.