Prezident İlham Əliyev: Görün şəhər nə gündədir, düşmən Şuşanı nə günə salıb

Görün şəhər nə gündədir, düşmən Şuşanı nə günə salıb.

AzerTimes-ın məlumatına görə, bunu Prezident İlham Əliyev növbəti dəfə martın 16-da Şuşa şəhərində olarkən deyib.

Dövlət başçısı bildirib:

“Keçən dəfə yanvar ayında gəlmişdik. Natəvanın, Üzeyir Hacıbəylinin və Bülbülün büstlərini Şuşaya qaytardıq. Bu gün bir daha Şuşaya gəlmək insana böyük zövq verir. Sol tərəfdə Şuşanın qarlı, dumanlı dağlarıdır.

Vaqifin məqbərəsində tezliklə bərpa işləri başlanacaq. Məqbərənin əvvəlki görkəmi bərpa ediləcək. Bu gün bərpa işlərinə start veriləcək.

Məscidlərin bərpası ilə bağlı artıq müvafiq göstərişlər verildi. İlkin araşdırmalar başlanıldı və yaxın gələcəkdə layihə təqdim ediləcək.

Şuşa bütün mövsümlərdə gözəldir.

Bulaqları da bərpa edəcəyik. Otuz il ərzində ermənilər bütün bulaqlarımızı qurudublar. Görün şəhər nə gündədir, düşmən Şuşanı nə günə salıb”.

Teqlər: