Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Almaniya
Federativ Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməsi
münasibətilə Frank-Valter Ştaynmayerə təbrik məktubu göndərib.
AzerTimes xəbər verir
ki, təbrik məktubunda dövlətimizin başçısı Almaniya Federativ
Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməsi
münasibətilə Frank-Valter Ştaynmayeri ürəkdən təbrik edib.
“Biz bu il Azərbaycan ilə Almaniya arasında diplomatik
əlaqələrin qurulmasının otuz illiyini qeyd edəcəyik. Bu dövr
ərzində ikitərəfli səviyyədə nail olduğumuz siyasi dialoq, bir sıra
sahələrdə formalaşmış qarşılıqlı faydalı əməkdaşlıq ölkələrimizin
maraqlarına və xalqlarımızın mənafelərinə xidmət edir.
İnanıram ki, dövlətlərarası münasibətlərimiz və səmərəli
əməkdaşlığımız istər ikitərəfli qaydada, istərsə də Avropa İttifaqı
çərçivəsində birgə səylərimizlə bundan sonra da inkişaf edəcək və
genişlənəcəkdir”, – deyə Prezident İlham Əliyev qeyd edib.
Sonda dövlətimizin başçısı Almaniya Prezidentinə möhkəm
cansağlığı, xoşbəxtlik, məsul fəaliyyətində uğurlar diləyib.