Prezident İlham Əliyev Fələstin Prezidentini təbrik edib

Prezident İlham Əliyev Fələstin Dövlətinin Prezidenti Mahmud
Abbasa təbrik məktubu göndərib.

AzerTimes-ın məlumatına görə,
məktubda deyilir:

“Hörmətli cənab Prezident,

Azərbaycan Respublikası ilə Fələstin Dövləti arasında diplomatik
münasibətlərin qurulmasının 30 illiyi ilə əlaqədar Sizi və
xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından
səmimi-qəlbdən təbrik edirəm.

Biz dini və mədəni köklərlə bir-birinə bağlı olan ölkələrimiz
arasında dostluq və əməkdaşlıq münasibətlərinə xüsusi əhəmiyyət
veririk. Azərbaycan ölkənizlə bağlı bir sıra mühüm beynəlxalq
tədbirlərə ev sahibliyi edərək Fələstin məsələsinin həlli
prosesinə, regionda sülh və təhlükəsizliyin təmin olunmasına töhfə
vermişdir.

İnanıram ki, Azərbaycan-Fələstin dostluq münasibətlərinin xoş
ənənələri xalqlarımızın iradəsinə uyğun olaraq həm ikitərəfli, həm
də çoxtərəfli əsasda bundan sonra da inkişaf edəcəkdir.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, qardaş
Fələstin xalqına əmin-amanlıq və firavanlıq arzulayıram”.

Teqlər: