Prezident İlham Əliyev: Əziz Sancar, Selçuk Bayraktar kimi insanlar gənclər üçün örnəkdir

“TEKNOFEST”in hörmətli qonağı qismində Türk dünyasının böyük
oğlu, dünya şöhrətli alim, Nobel mükafatı laureatı hörmətli Əziz
Sancar da təşrif buyurdu. Əziz bəylə keçən görüşümü xatırlayıram.
Mənə dedi ki, onun böyük arzusu Şuşaya getməkdir. Mənimlə görüşdən
sonra Şuşaya getdi. Bildirdi ki, həyatda nəyə nail olmaq istəyibsə,
ona nail olub.

AzerTimes-ın məlumatına görə,
bunu Prezident İlham Əliyev Bakıda keçirilən “TEKNOFEST-Azərbaycan”
Festivalında çıxışı zamanı deyib.

“Gənclər üçün Əziz Sancar kimi insanlar örnəkdir, nümunədir –
həm alim, həm vətəndaş, həm türkçü, həm vətənpərvər insandır. Siz
gənclər Əziz bəyə oxşamağa çalışmalısınız”, – deyə dövlətimizin
başçısı qeyd edib.

Selçuk Bayraktarı da səmimiyyətlə salamlayan Azərbaycan
Prezidenti deyib: “Selçuk bəy nəinki “TEKNOFEST”in təşkilatçısı və
təşəbbüskarıdır, Selçuk bəy və Bayraktarlar ailəsi dünyada çox
məşhur bir ailədir. İkinci Qarabağ savaşında məşhur “Bayraktar”
SİHA-larının rolunu indi dünyada bilməyən yoxdur. Selçuk bəy dünən
Şuşada idi. Əminəm bir daha gördü ki, Azərbaycan və Türkiyə qarşıda
duran istənilən vəzifəni icra etməyə hazırdır, buna qadirdir.
Xalqlarımız fədakarcasına öz milli qürurunu müdafiə etmək üçün,
təmin etmək üçün hər zaman hər bir addıma hazırdır. Gənclər üçün
Selçuk bəy də gözəl örnəkdir.

Teqlər: