Prezident İlham Əliyev: Ermənistanla Azərbaycan və Naxçıvan arasında kommunikasiyalar məsələsinin aydınlaşdırılmasına ehtiyac var

Ermənistan tərəfi ilə aydınlaşdırılmasına ehtiyac olan
məsələlərdən biri də Azərbaycanla və Naxçıvan Muxtar Respublikası
ilə kommunikasiyalar məsələsidir.

Trend xəbər verir ki, bunu Prezident İlham Əliyev aprelin 19-da
Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo
Klaarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən deyib.

Dövlət başçısı bildirib:

“Mən həm dəmir yolunu, həm də avtomobil yolunu nəzərdə tuturam.
Çünki dəmir yolu ilə bağlı mən Prezident Mişelə məlumat verdim ki,
biz dəmir yolunun Azərbaycan ərazisində 100 kilometrdən artıq 60
kilometrlik hissəni tikmişik və tikintini gələn il tamamlayacağıq.
Lakin əfsuslar olsun ki, Ermənistanda onlar heç bu işin
texniki-iqtisadi əsaslandırılmasına başlamayıblar, bu da prosesin
ləngiyə bilməsini göstərir”.

Teqlər: