Prezident İlham Əliyev: Ermənistan da görməlidir ki, o, bizim planlarımızı əngəlləyə bilməz

Ermənistan da görməlidir ki, o, bizim planlarımızı əngəlləyə
bilməz.

Trend xəbər verir ki, bunu Prezident İlham Əliyev aprelin 12-də
bu ilin birinci rübünün yekunlarına həsr olunmuş müşavirədə
deyib.

Dövlət başçısı bildirib:

“Mən bir məsələyə də diqqət yetirmək istərdim. Ermənistan da
görməlidir ki, o, bizim planlarımızı əngəlləyə bilməz. Əgər
Zəngəzur üzərindən bizə keçid verməsə, özü itirəcək və birinci
növbədə, 10 noyabr Bəyannaməsini pozmuş olacaq. Çünki 10 noyabr
Bəyannaməsində açıq-aşkar yazılıb ki, Azərbaycanın qərb rayonları
ilə Naxçıvan Muxtar Respublikası arasında əlaqə olmalıdır və bu,
Ermənistanın öhdəliyidir. Əgər o, öz öhdəliyini yerinə yetirmək
istəmirsə, onda biz də hər hansı bir öhdəliyin yerinə yetirilməsi
ilə bağlı heç bir məsuliyyət daşımayacağıq. Onlar bunu
bilməlidirlər, vaxtı uzatmamalıdırlar. Onsuz da biz istədiyimizə
gec-tez nail olacağıq. Daha yaxşı olar ki, onlar özləri də bir az
cəld tərpənsinlər. Yoxsa yenə də dalan kimi qalacaqlar”.

Teqlər: