Prezident İlham Əliyev: Ermənistan artıq razılaşdırılmış görüşü ləğv etdi

Ermənistan artıq razılaşdırılmış görüşü ləğv etdi.

AzerTimes-ın məlumatına görə, bunu Prezident İlham Əliyev mətbuata
bəyanatla çıxışı zamanı deyib.

Dövlət başçısı bildirib: “Azərbaycan işçi qrupunu vaxtında
yaratmışdır və nümayəndə heyətini ezam etməyə hazır idi. Bu, erməni
tərəfi ilə razılaşdırılmışdır. Yeri gəlmişkən, sərhədlə bağlı ilk
görüşün keçirilməsini təklif edən Ermənistanın Xarici İşlər
Nazirliyi olmuşdur. Azərbaycan həmin təklifi qəbul etmişdir və biz
nümayəndə heyətini göndərməyə hazır idik. Lakin, sonuncu gün –
aprelin 29-da Ermənistan artıq razılaşdırılmış görüşü ləğv etdi.
Bu, çox məyusedici məsələdir. Daha məyusedici isə, yenə də
Ermənistanın ilkin təklifindən irəli gələrək, 7-11 may tarixlərində
sərhəddə yeni görüşün keçirilməsi təklifimizdən də Ermənistanın
imtina etməsi oldu. Beləliklə, indiyədək, biz Ermənistandan hər
hansı yeni tarixləri gözləyirik ki, işə başlayaq. Çünki bu cür
məsuliyyətsiz mövqe, əlbəttə ki, narahatlıq doğurur”.

Teqlər: