Prezident İlham Əliyev: Ermənilər dağıdıblar, biz bərpa edəcəyik

Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva martın 16-da Şuşa şəhərində olublar.

AzerTimes-ın məlumatına görə, Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Molla Pənah Vaqifin büstünün qoyulacağı əraziyə gəldilər.

Molla Pənah Vaqifin büstünün bərpası layihəsi də Heydər Əliyev Fondu tərəfindən icra olunacaq.

Prezident İlham Əliyev: Bu, postamentin bünövrəsidir. Ermənilər dağıdıblar, biz bərpa edəcəyik.

Teqlər: