Erməni əsgərlər iki yaşlı insanı kənddə qoyub qaçmışdılar.
AzerTimes-ın məlumatına görə, bunu Prezident İlham Əliyev bu gün yerli və xarici jurnalistlər üçün keçirdiyi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən deyib.
Dövlət başçısı bildirib:
“Biz onları təhvil vermək istəyəndə Ermənistan yaşlı kişini qəbul etmədi. Dedilər ki, buna baxmağa imkanımız yoxdur”.