Prezident İlham Əliyev: Əfsuslar olsun ki, 1992-ci ilin mayında Şuşa milli xəyanət nəticəsində işğal olundu

Əfsuslar olsun ki, 1992-ci ilin mayında Şuşa milli xəyanət
nəticəsində işğal olundu. İndi isə biz Şuşaya qayıtmışıq, biz
Şuşanın sahibləri qayıtmışıq və əbədi orada yaşayacağıq.

Trend xəbər
verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev aprelin
12-də bu ilin birinci rübünün yekunlarına həsr olunmuş müşavirədə
deyib.

Dövlət başçısı bildirib:

“Şuşanın bərpası bütün digər azad edilmiş torpaqlarla yanaşı,
əlbəttə ki, çox önəmlidir və hesab edirəm ki, prioritet olmalıdır.
Azərbaycan xalqı da bu yanaşmanı təqdir edir. İndi Şuşada artıq
bərpa işləri gedir, bəzi tarixi abidələr bərpa edilib və bu il
görüləcək işlərlə bağlı tapşırıqlar vermək istəyirəm. Tarixi
abidələr bərpa edilir, Heydər Əliyev Fondu 3 məscidi əsaslı şəkildə
bərpa edir, eyni zamanda, yeni məscidin inşası yaxın aylarda
başlanacaq. Artıq yer müəyyən olundu, biz onun təməlini
qoyduq”.

Teqlər: