Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva martın 16-da Şuşa şəhərində olublar.
AzerTimes-ın məlumatına görə, səfər zamanı Prezident İlham Əliyev bildirb:
“Qarabağ” otelində gedən yenidənqurma işlərilə məşğul olduq. Otel Sovet dövründə Azərbaycanın büdcəsi hesabına tikilib. Adı da ona verilmişdir, “Qarabağ” oteli. İşğal dövründə mənfur düşmən buranın adını dəyişmişdi, “Şuşi Palas” qoyub. “Şuşi” adlı bir şəhər yoxdu, heç vaxt olmayıb, olmayacaq”.